Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ telekanalı: “Facebook” Rusiyanın Ukraynaya müdaxiləsinə kömək edib -

Ukrayna ilə müharibənin əvvəllərində Rusiya hakimiyyəti siyasi təbliğat üçün “Facebook”dan fəal istifadə edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın MSNBC telekanalı məlumat yayıb.  

 

Telekanal bildirir ki, Ukraynaya hərbi müdaxilə başlayarkən rusiyalılar sosial şəbəkədə fəallıq göstərən ukraynalıları müəyyən edir və daha sonra onlar barədə “Facebook” administrasiyasına kütləvi şikayət göndərirmiş. Şikayətlərdə bu səhifələrin guya pornoqrafiya və FB qaydalarına zidd digər paylaşımlar etdiyi bildirilirmiş. Nəticədə ukraynalı aktivistlərin səhifələri bloklanırmış.

 

“Bu cür yolla “Facebook” Rusiya hakimiyyətinə Ukraynaya müdaxilə həyata keçirilərkən əks fikirləri boğmaqdaa kömək edib”, - deyə telekanalın süjetində qeyd olunub.

 

Xatırladaq ki, Rusiya ABŞ-dakı prezident seçkilərindən əvvəl “Facebook”da yaydığı pullu siyasi reklamlar vasitəsilə ABŞ ictimai rəyinə təsir göstərməyə çalışıb. “Facebook” administrasiyası bu barədə məlumatları ABŞ Konqresinə təqdim edib.  

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017