Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tim Kuk: "Paltar alarkən əyninizə geyinməyəcəksiniz, eynəklə..."

"Apple" şirkətinin rəhbəri Tim Kuk növbəti sensasion açıqlamaya imza atıb.

 

İKT.lent.az-ın Vladtime.ru saytına istinadən xəbərinə görə, o bildirib ki, gələcəkdə əlavə reallıq texnologiyasından istifadə etməklə xüsusi eynəklər və ya qadcetlər vasitəsilə paltarları ölçmək mümkün olacaq, əyinə geyinməyə ehtiyac qalmayacaq.

 

Onun sözlərinə görə, bu zaman paltarı əyinə geyinmək mümkün olmayacaq.

 

Eyni zamanda T.Kuk "Apple"in bu cür eynəklərin tərtibatı ilə məşğul olması haqda xəbərləri də təkzib edib. Onun sözlərinə görə, "iOS 11" əməliyyat sistemində istifadəyə verilən "ARKit" platforması tərtibatçılara əlavə reallıq texnologiyasından istifadə etməklə əlavələr yaratmağa imkan verəcək. "ARKit"i "AppStore"un istifadəyə verilməsi ilə müqayisə edən T.Kuk hesab edir ki, heç kim bunun arxasında gələcəyin durduğunun fərqinə varmır. 

LENT

11 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017