Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Despacito”nun rekordu: 4 milyard baxış! -

Puerto-Rikodan olan müğənni Luis Fonsinin “Despacito” mahnısının klipi “YouTube”da rekord əldə edib.

 

İKT.lent.az-ın xəbərinə görə, sənətçi özünün “Instagram” səhifəsində klipin 4 milyard baxış topladığını yazıb.  

 

“Biz 4 milyard baxış toplayaraq tarixə keçdik. Lakin bayram etmək əvəzinə, biz hər şeyin başladığı yerin bərpasına diqqəti cəmləşdirmişik”, - deyə L. Fonsi klipin çəkildiyi və qasırğadan zərər çəkən Puerto Rikonu nəzərdə tutaraq bildirib.

 

Qeyd edək ki, sentyabr ayında “Despacito”nun “YouTube” tarixində ən populyar video olduğu açıqlanmışdı.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017