Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Volkswagen”dən elektriklə çalışacaq yük maşını layihəsi

“Volkswagen” avtomobil konserni yeni texnologiyalara, xüsusən elektrik enerjisi ilə çalışan yük avtomobilləri və avtobusların hazırlanmasına 1,4 milyard avro sərmayə qoyacaq.

 

İKT.lent.az-ın “3DNews”a istinadən verdiyi məlumata görə, konsernin yük avtomobilləri istehsalı və satışı bölməsinin müdiri Andreas Renşler bu büdcənin 2022-ci ilə qədər nəzərdə tutulduğunu bildirib. O qeyd edib ki, ayrılan vəsait pilotsuz avtomobillərin, elektrik enerjisi ilə çalışan yük və minik avtomobilləri üçün sistemlərin, eləcə də “bulud” xidmətlərinin yaradılmasına sərf olunacaq.

 

Qeyd edək ki, sentyabr ayında “Navistar International” və “Volkswagen Truck & Bus” orta dərəcəli yükgötürmə qabiliyyətinə malik yük avtomobillərinin işlənib hazırlanması barədə birgə plan elan edib. Plana əsasən elektriklə çalışacaq bu avtomobillər 2019-cu ilin sonuna qədər Şimali Amerika yollarına buraxılacaq.   

 

A. Renşlerin proqnozuna əsasən 2025-ci ilə qədər dünyada istifadə olunan yük avtomobillərinin 5%-dən çoxu elektrik enerjisi ilə çalışacaq.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017