Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Huawei”dən yeni smartfon - FOTO

Çinin “Huawei” şirkəti Fransa başda olmaqla, bir sıra Avropa ölkələrində özünün yeni “Honor 6C Pro” smartfonunun təqdimatını keçirib.

 

İKT.lent.az-ın “Ferra” portalına istinadən verdiyi məlumata görə, smartfon metal korpusa malikdir. Korpusun arxasında barmaq izi skaneri var. Cihaz 5,2 düym İPS-displey (HD, 720 x 1280 piksel), 13 meqapiksel əsas və 8 meqapiksel arxa kamera, səkkiznüvəli “Mediatek MT6750” prosessoru ilə təchiz edilib. Operativ yaddaş 3 Gb, daxili yaddaş 32 Gb-dir. Yaddaşı microSD formatlı kartla 128-ə çatdırmaq mümkündür. Batareyanın tutumu 3000 mAs-dır.

 

Smartfon 2 SİM-kartı dəstəkləyir və “Android 7.0 Nougat” əməliyyat sistemi ilə çalışır.

 

“Huawei Honor 6C Pro” Avropada 179 dollardan satışa çıxarılıb.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017