Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” bükülən “iPhone” buraxmağa hazırlaşır

“Apple” korporasiyası bükülən “iPhone” smartfonlarının hazırlanması üzrə işə başlayıb.


İKT.lent.az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, işlər LG şirkəti ilə birgə həyata keçirilir.

 

“LG” şirkətində gələcək “iPhone” smartfonunun yaradılması üçün elastik OLED displeyin hazırlanması ilə məşğul olacaq mühəndislərdən ibarət ayrıca qrup formalaşdırılıb. Eyni zamanda “LG Innotek” şirkətində elastik çap lövhəsinin hazırlanmasına cavabdeh olan komanda yaradılıb.

Bu, “Apple” şirkətinin bükülən telefon çıxarmaq planı ilə bağlı yayılmış ilk şayiə deyil. Məsələn, 2016-cı ilin dekabrında LG şirkəti 2018-ci ildə bükülən ekranların istehsalına başlamaq planı haqda məlumat vermişdi. “Apple” şirkətinin LG-nin tərəfdaşlarından biri olduğunu nəzərə çatdıran anonim mənbə bildirib ki, 2020-ci ildə “iPhone” üçün bükülən ekranların istehsalına başlanıla bilər.

 

Hazırda "iPhone X" üçün OLED panellərin tədarükü ilə "Samsung" şirkəti məşğul olur. Cənubi Koreya şirkəti hazırda özünün açılıb-bağlanan "Galaxy X" smartfonunu burtaxmağa hazırlaşır. 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017