Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən yaxşı musiqili smartfonlar - TOP-%

Mütəxəssislər çoxlu sayda smartfonu sınaqdan keçirərək, ən yaxşı musiqili smartfonların TOP-5-liyini tərtib ediblər. 

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, hazırda istehsalçılar əsas üstünlüyü kameralara və smartfonların gücünə verirlər. Ancaq dünyada çoxlu sayda insanlar var ki, onlar üçün smartfonlarda səsin yaxşı olması olduqca önəmlidir. 

Uzunmüddətli sınaqla nəticəsində mütəxəssislər istifadəçiləri nəinki yaxşı kamera ilə, hətta keyfiyyətli səslənmə ilə sevindirə biləcək 5 ən yaxşı smartfonu müəyyən ediblər. 

İlk yeri onlar “Highscreen Boost 3 Pro” smartfonuna veriblər. Bu smartfonda “ESS Sabre ES9018K2M” rəqəmsal analoq çevirici və “ADA4897-2” gücləndirici quraşdırılıb. 

İkinci yerə “Xiaomi Mi Note” smartfonu layiq görülüb. Bu smartfon güclü içliyi ilə bərabər, yaxşı səslənməsi ilə musiqisevərləri də sevindirəcək.

 

Bu reytinqdə gümüş yeri “Lenovo Vibe X3” smartfon tutub. Dördüncü və beşinci yerlərə isə “LG V10” və “Meizu PRO 5” smartfonları layiq görülüb.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017