Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dubay polisi uçan motosikletlərdən istifadə edəcək -

Dubay polisi bir gün onun patrul donanmasının bir hissəsi olacaq gələcəyin uçan motosikletinin sınaqlarını keçirib.
 

İKT.lent.az-ın Telegraph.co.uk saytına istinadən məlumatına görə, texniki tərəfdən “Ferrari” və “Lamborghini” superkarları ilə təchiz olunmuş Dubayın hüquq-mühafizə orqanları yeni texnologiyalara da investisiya yatırmağa çalışır. Bu isə cinayətkarlıqla daha effektiv mübarizə aparmağa və ictimaiyyəti mühafizə etməyə imkan verəcək.  

Ötən həftə Dubayda baş tutan “GITEX Technology Week 2017” texnologiya sərgisində Rusiyanın “Hoversurf” şirkəti xüsusi olaraq yerli polis üçün tərtib edilmiş uçan elektrikli motosikletin prototipini nümayiş etdirib. İstehsalçıların sözlərinə görə, uçan motosiklet küləyin və tozun təsiri ilə ekstremal şəraitdə aparılan sınaqları uğurla keçib.

Belə ki, motosiklet havada 64 km/saat sürət yığa bilir və 25 dəqiqə uçmaq qabiliyyətinə malikdir. Həmçinin motosiklet 300 kiloqram yükü də daşıya bilir. 

Dubay polisi ümid edir ki, gələcəkdə uçan motosikletlərdən zabitlərin hadisə yerinə operativ gəlməsi üçün istifadə etmək mümkün olacaq. 

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017