Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Mütəxəssis: “Hakerlər Wi-Fi ilə istənilən cihazı sındıra biləcəklər”

Belçikalı araşdırmaçı Meyti Vanhof bildirib ki, Wi-Fi-nin köməyi ilə istənilən cihaza hücum etmək mümkündür. 

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən verdiyi məlumata görə, simsiz birləşmədə istifadə olunan WPA2 təhlükəsizlik protokolunda nasazlıq mövcuddur.

 

Meyti Vanhof  bildirib ki, hakerlər Wi-Fi vasitəsilə istənilən cihazı sındıra bilərlər. Bu yolla kibercinayətkarlar şifrələrə, məlumatlara, elektron poçta, şəkillərə və kart nömrələrinə də daxil ola bilərlər. Hətta kibercinayətkarlar istənilən müdafiə olunan Wi-Fi şəbəkəsini sındıracaq durumdadırlar. 

Bu zəiflik “Android”, “Linux”, “Apple”, “Windows”, “OpenBSD”, “MediaTek”, “Linksys” və digər əməliyyat sistemlərində mövcuddur. Mütəxəssis bildirib ki, hətta Wi-Fi şifrəsinin dəyişdirilməsi belə istifadəçiləri hakerlərdən xilas edə bilməyəcək.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017