Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone 8” fiaskosu - SATILMIR

“iPhone 7” yeni buraxılan “iPhone 8”dən daha yaxşı satılır.

 

İKT.lent.az-ın “The Verge” portalına istinadən verdiyi xəbərə görə, bunu “KeyBanc Capital Markets”in analitiki Con Vin deyib. O bildirib ki, səbəb iki cihaz arasında ciddi fərqlərin olmaması və “iPhone 7”nin qiymətinin ucuzluğudur.

 

“iPhone 8”in start qiyməti 699 dollardır, “iPhone 7” smartfonunu isə 549 dollara əldə etmək olar.

 

Ekspert yeni modelin bazarda reklamının həm istehsalçı şirkət, həm də satıcılar tərəfindən yaxşı aparılmadığını da söyləyib: “Operatorlar şübhəsiz ki, “iPhone 8”i reklam edir, lakin ötənilki “iPhone 7”ni daha fəal təqdim edirdilər”.

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018