Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google Maps”də Günəş sistemi planetlərinin də şəkilləri olacaq

“Google Maps” əlavəsində Günəş sisteminin görüntüləri yaradılıb. 

İKT.lent.az-ın “Regnum” agentliyinə istinadən xəbərinə görə, bu barədə şirkətin bloqunda məlumat dərc edilib. 

İstifadəçilər planetlərə və Günəş sisteminin peyklərinə orada qeyd edilən topoqrafik obyektlərlə birgə baxa bilərlər. Qeyd edilir ki, bu işdə 1997-ci ildə fəzaya buraxılan “Kassini” zondundan alınmış şəkillərdən istifadə edilib. 

“Öz missiyası zamanı “Kassini” yarım milyona yaxın şəkil çəkib. Bu şəkillər alimlərə ilk dəfə uzaq dünyaları tanımağa imkan verib. Hazırda siz də bu yerlərdə ola biləcəksiniz, planet və peyklərə səfər edə biləcəksiniz”, - deyə müraciətdə bildirilir. 

Ümumilikdə yenilənmədə 16 fəza cismi mövcuddur. Yer planetindən başqa, Merkuri, Venera və Mars planetlərinə, həmçinin kiçik Plutona, Yupiterin və Saturnun peyklərinə də baxmaq mümkündür. 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017