Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu il 5,5 milyon oyun noutbuku tədarük ediləcək - PROQNOZ

Analitiklər gözləyir ki, bu il təxminən 5,5 milyon ədəd oyun noutbuk tədarük ediləcək. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, bununla belə, bazarın lideri “Asus” şirkəti olacaq. Onun payına 1,3 milyon ədəd noutbuk düşəcək. 

İkinci yeri cüzi fərqlə “Micro-Star International” (MSI) şirkəti tutacaq ki, onun da satışları 1,1-1,2 milyon ədəd təşkil edəcək.

Ayrı-ayrı regionlardan danışsaq, o zaman o qədər də bahalı modellərə tələbatın yüksək olmadığı Çində ən iri tədarükçü “Lenovo” şirkətidir. Ancaq Asiya və Sakit okean regionda, həmçinin digər Avropada ölkələrində “Asus” və MSI şirkətləri yenə də liderdir. 

Noutbuklardan savayı, “Asus” və MSI şirkətləri özlərini 3D kart bazarında olduqca əmin hiss edirlər. Misal üçün, MSI şirkəti bir il ərzində 5 milyon ədəd 3D kart tədarük edəcək. 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017