Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Microsoft” yenilənmiş “Surface Book 2”ni təqdim etdi

“Microsoft” şirkəti “Surface Book” hibrid planşetinin ikinci nəslini təqdim edib.

 

İKT.lent.az-ın “ZDNet”ə istinadən verdiyi məlumata görə, cihaz 8-ci nəsil “Intel Core” prosessoru ilə təchiz olunub və “Windows Mixed Reality” virtual reallıq dəbilqəsi ilə işi dəstəkləyir.

 

Hibrid planşetlərin 13,5 və 15 düym diaqonala malik displeyi var. Birinci versiya 3000x2000 piksel, ikincisi isə 3240x2160 piksel həllə malikdir. Operativ yaddaş 8 və ya 16 Gb, daxili yaddaş 256 Gb, 512 Gb və ya 1 Tb-dir. 5 və 8 meqapiksel iki kamera mövcuddur. Bir dəfə doldurulmaqla 17 saat işləyir.

 

“Surface Book 2”nin qiyməti 1,5 min dollardan başlayır. Top versiyanın qiyməti isə 2,5 min dollar olacaq.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018