Bu bölmə Bakcell tərəfindən təqdim olunur

IBM-də 22-ci şok: satış gəlirləri azalmaqda davam edir

İBM şirkəti 2017-ci maliyyə ilinin üçüncü rübü üzrə hesabatını açıqlayıb. 


İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, istehsalçının məhsul satışından əldə etdiyi gəliri 19,153 milyard dollar təşkil edir. Bu isə daha əvvəlki ilə müqayisədə cəmi 73 milyon dollar azdır.

 

Bu, 22-ci rübdür ki, İBM şirkətinin satış gəlirlərində azalma qeydə alınır. Şirkətin xalis mənfəəti faiz nisbətində ciddi şəkildə 2,853 milyard dollardan 2,726 milyard dollara qədər azalıb. Ümumi marja isə 1 faizlik bənd azalıb və 45,9 faiz təşkil edib. 

Ümumi gəlirin azalmasına baxmayaraq, heç də bütün bölmələr göstəricilərin azalmasını nümayiş etdirməyib. Misal üçün, “Cognitive Solutions”, “Systems” və “Global Financing” bölmələri gəlirlərini müvafiq olaraq 4 faiz, 10 faiz və 4 faiz artıra biliblər.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018