Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook”da möhtəşəm yenilik olacaq - İKİNCİ LENT

“Facebook” sosial şəbəkəsində yaxın zamanlarda ikinci lent yaradılacaq. 

 

İKT.lent.az-ın “TechCrunch” portalına istinadən verdiyi məlumata görə, saytda əlavə olaraq istifadəçini maraqlandıra biləcək xəbərlər və məsləhətlər əks olunacaq.

 

İlk olaraq “Explore”nin yeni əlavələrinə “Twitter”in xarici istifadəçiləri nəzər yetiriblər. Sonradan sosial şəbəkədə artıq məsləhətlər olan yeni lentin olacağı ilə bağlı təsdiqini tapan məlumatlar da yayılıb.

 

“Facebook” idarəçilərindən biri bildirib ki, əlavə xəbərlərdə hər bir sosial şəbəkə istifadəçisi üçün əvvəlcə quraşdırılacaq populyar məqalələr, video çarxlar və şəkillər görünəcək. Kontent birbaşa olaraq insanın maraqlarından asılı olacaq.

 

Qeyd edilir ki, belə bir yeniliyin tətbiq edilməsini istifadəçilər özləri məsləhət görüblər.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017