Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Alphabet” Kanadada “gələcəyin şəhəri”ni yaradacaq

Kanadada “gələcəyin şəhəri”nin yaradılması planlaşdırılır.

İKT.lent.az-ın Riafan.ru saytına istinadən verdiyi məlumata görə, bu, tam olaraq sürücüsüz ictimai nəqliyyatın və robot kuryerlər texnologiyasının olacağı yaşayış yeri olacaq.

 

Layihəni “Google” şirkətinin sahibi olan “Alphabet Inc.” Korporasiyası reallaşdırmaq niyyətindədir. Korporasiya şəhərdə bir sıra perspektivli layihələr reallaşdırmağı planlaşdırır. Bura pilotsuz ictimai nəqliyyat, adaptasiya edilmiş işıqforlar, modul evlər və robot kuryerləri əhatə edəcək. 

“Bu, bizim üçün sadə bir layihə olmayacaq. Bu, texnologiyaların insan həyatını necə dəyişə biləcəyi ilə bağlı təxminən onilliklərlə yaranmış düşüncələrin nəticəsidir”, - deyə “Alphabet” korporasiyasının Direktorlar Şurasının sədri Erik Şmidt bildirib. 

Artıq Kanadanın baş naziri Castin Tryudo korporasiyanın bu təşəbbüsünü dəstəkləyib. O qeyd edib ki, buna bənzər layihələr gələcəkdə daha təmiz, ağıllı, ekoloji şəhərlərin inşasına kömək olacaq. Qeyd edilir ki, təkcə layihənin ilkin mərhələsinin inşası “Alphabet” korporasiyasına 50 milyon dollara başa gələcək.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018