Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” fahişə və pornoaktrisaların gizli akkauntlarını müəyyən etməyə başlayıb

“Facebook” fahişə və pornoaktrisaların gizli akkauntlarını axtarıb tapmağı öyrənib.

İKT.lent.az-ın “New York Post” nəşrinə istinadən verdiyi məlumata görə, bu gizli akkauntlardan onlar şəxsi yazışmalarında istifadə ediblər. Bundan başqa, sosial şəbəkə “müştərilər”ə onlarla əlaqəyə girmək imkanı da təqdim edib. 

“Böyüklər üçün filmlər”in iştirakçıları, fahişələr və seks sənayesinin digər nümayəndələri müşahidə ediblər ki, “Facebook” xidməti onların işlə bağlı mütəmadi olaraq istifadə etdikləri əsl akkauntlarını aşkar edir. Bir çoxlarında belə bir vəziyyətin yaranması təşviş yaradıb. Çünki onlardan bir çoxu həbs edə bilər, bəzilərini isə müştərilər bezdirməyə başlayacaqlar. Bundan öncə bütün bunlardan iki müxtəlif akkauntun vasitəsilə asanlıqla yayınmaq mümkün idi. Onlardan biri sırf şəxsi məqsədlər üçün istifadə edilib. 

İlk olaraq belə bir problemlə bağlı şikayət edən böyüklər üçün kinoların ulduzu Ela Darlinq olub. O bildirib ki, “Facebook” onun bir çox pərəstişkarına “Siz bu insanları tanıya bilərsiniz” kateqoriyasında səhifəsini təklif etməyə başlayıb. Bununla belə, sosial şəbəkə rəsmiləri istifadəçilərin gizli profillərini neçə müəyyən etdiyi barədə açıqlama verməyib. 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017