Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter” seksual paylaşımlarla mübarizə aparacaq

“Twitter” şirkəti sosial şəbəkədə nifrətin qızışdırılması və seksual xarakterli sataşmalarla mübarizə aparmağa qərar verib.

 

İKT.lent.az-ın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, mikrobloqda insanların icazəsi olmadan onların çılpaq fotolarının yayılmasına yol verilməyəcək. Belə paylaşımlar edən səhifələr bloklanacaq.

 

Xüsusi mexanizm yaradılaraq istifadəçilərin onun vasitəsilə arzuolunmaz seksual kontenlər barədə xəbər verməsi təmin ediləcək. Bundan başqa, nifrət simvolları, o cümlədən svastika, zorakılıq təhdidləri də senzuraya məruz qalacaq.

 

Qeyd edək ki, “Twitter”də #MeToo haştaqı vasitəsilə başlayan aksiya çərçivəsində 300 min kişi seksual xarakterli hərəkətlərə məruz qaldığını bildirib.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018