Bu bölmə Bakcell tərəfindən təqdim olunur

ABŞ-ın texnoloji şirkətləri koalisiya yaradır

ABŞ-ın texnoloji və digər sektorları təmsil edən şirkətləri qanunvericiliyə dəyişiklik istiqamətində lobbi fəaliyyətləri həyata keçirmək üçün koalisiya yaratmağa hazırlaşır. Məqsəd gənc qeyri-leqal miqrantların vətəndaşlıq alması və işlərinə davam etməsinə imkan verəcək dəyişikliklərə nail olmaqdır.

 

İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, “Amerikan arzusu uğrunda” adlanan koalisiyanın əsas vəzifəsi gənc qeyri-leqalların əməyini qanuniləşdirəcək qanunvericilik təklifi hazırlamaq olacaq. Söhbət təxminən 900 min nəfərin taleyindən gedir.

 

Koalisiyaya “Alphabet”, “Microsoft”, “Facebook”, “Uber”, IBM, “Marriott International” və digər iri korporasiyalar daxildir.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2012-ci ildə Barak Obama tərəfindən elan olunan DACA proqramının (Deferred Action for Childhood Arrivals Process – uşaq ikən ABŞ-a gəlmiş şəxslər üçün təxirə salınan fəaliyyət proqramı) icrasının 2018-ci ilin martında dayandırılacağını açıqlayıb. Bu proqram gənc qeyri-leqalları deportasiyadan qoruyur.

LENT

21 Fevral 2018
20 Fevral 2018
19 Fevral 2018
16 Fevral 2018