Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Nokia 7" də gəldi

"Nokia 7" smartfonu rəsmən təqdim olunub. İKT.lent.az-ın Vistanews.ru-ya istinadən xəbərinə görə, onun qiyməti 400 dollardır.

 

Telefon 1080 piksellik və 5,2 düymlük maye-kristal displey, "Snapdragon 630" prosessoru və microSD yerinə genişlənən saxlancla təchiz olunub.

 

"Nokia 7" iki variantda təqdim olunacaq: 4 GB əməliyyat yaddaşı və 64 GB yaddaşla, 6 GB əməliyyat yaddaşı və 128 GB yaddaşla.

 

Bu, "Nokia"nın ikinci telefonudur ki, "Bothie" kamerasının effekti ilə təchiz olunub. Bu, eyni vaxtda həm ön, həm də arxa kameradan şəkil çəkməyə və onları eyni fotoda birləşdirməyə imkan verir. Mütəxəssislərin fikrincə, bu funksiya "Instagram" və "Snapchat" üçün faydalı olacaq.

 

"Nokia"nın son smartfonları kimi, "Nokia 7" də "HMD Global" şirkəti tərəfindən hazırlanıb. "Nokia" adını öz brendlərində istifadə etmək üçün lisenziya alan şirkət bu ilin fevralından bəri Nokia 3, 5 və 6 telefonlarını buraxıb.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017