Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Audi” tam avtopilot funksiyalı modelini təqdim etdi -

“Audi” şirkəti tam avtopilot funksiyasına, idarəolunan təkərlərə və “Gran Turismo” stilində dizayna malik “Audi A7 Sportback” avtomobilini təqdim edib.

 

İKT.lent.az-ın xəbərinə görə, avtomobilin salonu son texnoloji yeniliklərə uyğun hazırlanıb. Belə ki, salonda 2 böyük displey var, aşağıda olan displey göyərtə kompüterinə cavabdehdir, yuxarıdakı isə multimedia sistemidir.  

 

Avtomobil 340 at gücündə olan və 3,0 litr həcmli benzin mühərrikinə sahibdir. Sonradan 2 litlik turbomühərrikli versiya da hazırlanacaq. Mühərrik 7 pilləli “S-Tronic”lə birlikdə çalışır. 100 km sürət 5,3 saniyəyə yığılır.

 

Avtopilot tam avtonom şəkildə çalışacaq. Lakin bu funksiya yalnız Avropa ölkələrinin qanunvericiliyinə müvafiq dəyişiklikdən sonra aktiv ediləcək.

 

Avtomobilin uzunluğu 4969 mm, eni 1908 mm, hündürlüyü 1422 mm-dir. Baza versiyasının qiyməti 67,8 min avro olacaq. Satış 2018-ci ilin fevralında başlayacaq.  

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018