Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Robot poçtalyon yaradıldı

Almaniyada mütəxəssislər robot poçtalyonun yaradılmasına nail olublar.

 

İKT.lent.az-ın Vladtime.ru saytına istinadən məlumatına görə, robotlar bu sahədə olan ən çətin işləri öz üzərinə götürəcəklər.

 

Hazırda yeni tərtibatın rentabelliyi və effektivliyi ilə bağlı məlumatların əldə olunması üçün çoxsaylı yoxlamalar aparılır. Poçtalyon robot ünvanlara ağır bağlamaları, məktub topalarını və qəzetləri poçt əməkdaşlarının nəzarəti ilə çatdırmalıdır. Zahiri görünüşcə yığcam sarı qutuları xatırladan botlar yaxın altı ay ərzində işə başlamalıdır.  

 

Robot poçtalyonun hündürlüyü 150 santimetrə çatır. Bununla belə, o, saatda 6 kilometrə qədər sürət yığa bilir. Bu parametrlər isə adi insanın çox cəld addımlarına bərabərdir. Cihaz çəkisi 150 kiloqramı keçən obyektləri qaldırmağa qadirdir və bunu kifayət qədər manevrlə edir. Çünki poçtalyon robot öz yolundakı maneələri cəld və dəqiq aşa, müəyyənləşdirilmiş məqsədə doğru olduqca qısa və rahat yolu tapa bilir.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017