Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Tesla” Çində zavod açacaq

ABŞ-ın elektromobil istehsalı ilə məşğul olan məşhur “Tesla” şirkəti Çində müəssisisə inşa edəcək.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Elektromobil istehsal edəcək müəssisə Şanxaydakı azad ticarət zonasında tikiləcək. Zavod tamamilə amerikalıların özlərinə məxsus olacaq. Hazırda anlaşmanın detalları müəyyənləşdirilir.  

 

İstehsal sahəsinin azad ticarət zonasında yaradılması xərcləri xeyli azaldacaq.  Hazırda anlaşmanın detalları müəyyənləşdirilir. “Tesla” məsələ ilə bağlı şərh verməyərək Çində istehsal planlarının ilin sonuna qədər dəqiqləşəcəyini söyləməklə kifayətlənib.  

 

Çində elektromobil istehsalı “Tesla”nın ən iri elektromobil bazarına geniş çıxışını təmin edəcək. 2016-cı ildə Çində 351 min elektromobil satılıb. 2025-ci ilə qədər bu rəqəmin 7 milyona çatdırılması planlaşdırılır. Rəsmi Pekin hesab edir ki, ölkədəki bütün avtomobil istehsalçıları 2019-cu ildə elektromobil buraxmağa başlamalıdır. Ölkə hökuməti benzin mühərriklərinin qadağan edilməsini də planlaşdırır.


Qeyd edək ki, 2015-ci ildə “Tesla”nın Çində satışları 319 milyon dollar təşkil edib. 2016-cı ildə isə şirkət bu ölkədə 1 milyard dollar dəyərində 11 min avtomobil satıb. Bu, “Tesla”nın gəlirlərinin 15%-i deməkdir.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017