Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ən təhlükəli virusların reytinqi açıqlandı - SİYAHI

Kibertəhlükəsizlik sahəsindəki mütəxəssislər ən təhlükəli ziyanverici proqram təminatının reytinqini dərc ediblər.

 

İKT.lent.az-ın Runews24.ru saytına istinadən məlumatına görə, müvafiq araşdırmanı “Global Threat Impact Index” şirkətinin analitikləri aparıblar.

 

“Locky” adlanan pul tələb edən virus ziyanverici proqram təminatı reytinqinə başçılıq edir. Pul tələb edən bu virus 11,5 faiz şirkətin kompüterlərinə yoluxub. Ötən ay adıçəkilən virusun hücumlarının sayının artığı qeydə alınıb.

 

İkinci yeri “RoughTed” ziyanverici proqramı tutub. Pul tələb edən proqramlardan biri olan “Globeimposter” isə üçüncü yerdə qərarlaşıb.

 

Mobil cihazlar üçün ən təhlükəli viruslar “Triada”, “Hiddad” və “Lotoor” olublar.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017