Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Bakcell" abunəçiləri xaricdə xərclədikləri pulun ƏDV-sini geri ala biləcəklər

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin abunəçiləri artıq ölkə xaricində xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) daha rahat formada geri almaq imkanı qazanıblar.

 

İKT.lent.az-ın xəbərinə görə, “TaxFree4U” xidməti ilə əməkdaşlıq çərçivəsində Avropa ölkələrinə səfər edən "Bakcell" müştəriləri həmin ölkələrdə alış-veriş zamanı xərclədikləri məbləğin ƏDV-sini geri almaq üçün xüsusi mobil əlavədən istifadə edə bilərlər.

 

“Bakcell TaxFree4U” mobil əlavəsi sayəsində həmin əlavə vasitəsilə qeydiyyata alınan xərclər üçün bəyannamə doldurmağa və yaxud bir neçə yerdə növbədə durmağa ehtiyac olmayacaq. Proqramın digər üstün cəhəti ondan ibarətdir ki, abunəçilər sadəcə tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin də ƏDV hissəsini geri alacaqlar.

 

"Bakcell" abunəçiləri mobil telefonlarına “Bakcell TaxFree4U” mobil əlavəsini yüklədikdən sonra Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və ya Böyük Britaniyada olarkən etdikləri xərcləri bu proqrama asanlıqla daxil edə və xərclədikləri ümumi məbləğin 19%-ə qədərini geri ala bilərlər.

 

Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil əlavədən bütün "Bakcell" abunəçiləri üçün nəzərdə tutulub.

 

“Bakcell TaxFree4U” mobil əlavəsini "AppStore" və ya "GooglePlay" vasitəsilə yükləmək olar. Qeydiyyatdan keçmək üçün 5678 qısa nömrəsinə SMS yollamaq yetərlidir. 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017