Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Zərbəyə davamlı 5 ucuz telefon - SİYAHI

Mütəxəssislər zərbəyə davamlığı ən yaxşı olan ən ucuz telefonların siyahısını tərtib ediblər.

 

İKT.lent.az-ın Newinform.com saytına istinadən məlumatına görə, mütəxəssislər ən yaxşı müdafiə edilən sayılan qənaətcil telefonların TOP-5-ni tərtib ediblər.

 

Birinci yerdə “RG150 Traveller” telefonu qərarlaşıb ki, bu telefon əldən düşdükdən və suyun altında olduqdan sonra da işləməyə davam edir. Bundan başqa, onu USB port vasitəsilə enerji dolduran vasitə kimi də istifadə etmək mümkündür.

 

İkinci sırada “RG128” telefonu durur. O, demək olar ki, bütün temperaturlara dözümlüdür və mənfi 20 dərəcədən mənfi 55 dərəcəyə qədər hava şəraitində işləyə bilir.

 

Üçüncü yerdə “TeXet TM-500R” telefonu qərarlaşıb. Bu telefon təxminən bir həftə çalışır. Bu telefonu portativ yerdəyişmə üçün də istifadə etmək mümkündür. O, asfalt, su və tozla bağlı bütün kraş-testlərdən keçib.

 

Dördüncü mövqedə “SENSEIT P101” gəlir ki, o da insanın dözə bilmədiyi bütün şəraitlərə dözümlüdür.

 

Reytinqi isə “Ginzzu R2 DUAL” telefonu qapayır. Bu telefonu siyahıda olan əlçatan telefon adlandırmaq mümkündür. Öz xüsusiyyətlərinə görə o, demək olar ki, yuxarıda adları qeyd edilən telefonlardan heç də geri qalmır.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017