Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Hokinqin elmi işinin yerləşdirildiyi sayt çökdü

Kembric Universitetinin saytı məşhur fizik Stiven Hokinqin elmi işi yerləşdirildikdən qısa müddət sonra çöküb.

 

İKT.lent.az-ın “The Telegraph”a istinadən verdiyi məlumata görə, S. Hokinqin 24 yaşında yazdığı elmi iş oktyabrın 23-də ilk dəfə olaraq Kembric Universitetinin saytına qoyulub. Qısa müddət sonra on minlərlə insanın eyni anda sayta daxil olması nəticəsində saytın işində problem yaranıb. Belə ki, bir sutkadan az müddətdə 60 mindən çox insan sayta daxil olaraq sənədi yükləməyə cəhd edib.

 

“Çox yaxşıdır ki, bu qədər çox insan mənim dissertasiyamı yükləmək istəyib. Ümid edirəm ki, onlar məyus olmayacaqlar”, - deyə alim bildirib. Fizik öz elmi işini açıq mənbəyə qoymaqla insanları ruhlandırmaq istədiyini deyib və digər həmkarlarını da bu cür davranmağa çağırıb.

 

Qeyd edək ki, daha öncə Hokinqin dissertasiyası ilə yalnız Kembric Universitetinin kitabxanasında tanış olmaq və rəqəmsal surətini 86 dollara satın almaq mümkün idi. 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017