Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Microsoft” “Google Play”ə rəqib yaratdı

“Microsoft” korporasiyası aonuncu yenilənməsində özünün yeni əlavələr mağazasını işə salıb.

 

İKT.lent.az-ın Gazetadaily.ru saytına istinadən verdiyi məlumata görə, bu mağazada nəinki proqramlar, həmçinin digər kontent də əlçatan olacaq.

 

Tərtibatçılar tam olaraq “Windows Store”u yeniləyib və artıq o, “Microsoft Store” adlanır. Burada filmlər, musiqi, oyunlar və proqramlar yükləmək mümkün olacaq. Həmçinin orada “Microsoft” şirkətindən olan müxtəlif cihazların aksessuarlarını da əldə etmək mümkün olacaq.

 

Mağaza üçün bütün dizayn tam olaraq yenidən işlənilib. Artıq orada yeni animasiya yaradılıb və daha şəffaf olub.  

 

Mütəxəssislər əmindir ki, “Microsoft Store” digər mobil sistemlərdə də ola bilər və onu “Googlr Play”in əsas rəqibi adlandırmaq mümkündür.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017