Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Toshiba”nın xalis itkiləri 1 milyard dollar olacaq - PROQNOZ

Yarımkeçiricilərin istehsal ilə bağlı olan müəssisəni satdıqdan sonra vergiləri hesabladıqda, “Toshiba” şirkəti bu nəticəyə gəlib ki, onun üçün cari maliyyə ili 970 milyon dollar xalis itki ilə başa çatacaq.

 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, aprel ayında “Toshiba” şirkəti flaş-yaddaşların istehsalı ilə məşğul olan müəssisəsini satmaq məqsədilə ayrıca bir şirkətə çevirib. Vergilərin hesablanması üçün əsas səhmlərin dəyəri və müəssisənin ayrılma zamanı üzərinə düşən öhdəlikləri olub.

 

İstehsalçı qeyd edir ki, satışdan sonra proqnoz 17,6 milyard dollar daxil olmanın olacağını istisna etmir. Çünki razılaşmanın həyata keçməsi üçün hələlik tənzimləyici orqan tərəfindən razılıq verilməyib.

 

Bundan öncə “Toshiba” şirkəti ilin nəticələrinə əsasən, 1,9 milyard dollara yaxın xalis mənfəət əldə etməyi nəzərdə tuturdu. 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017