Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Yandeks.Taksi” indiyədək neçə sifariş yerinə yetirdiyini açıqladı

“Yandeks” şirkəti ilk dəfə olaraq “Yandeks.Taksi” xidmətinin yarandığı gündən bu yana neçə sifariş yerinə yetirdiyini açıqlayıb.

 

İKT.lent.az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, xidmətin yarandığı 2011-ci ildən 2017-ci ili sentyabr ayının sonuna qədər şirkət 335 milyon səfər həyata keçirib. 2017-ci ilin 3-cü rübünə olan məlumata əsasən “Yandeks.Taksi” 6 ölkənin (Rusiya, Belarus, Qazaxıstan, Moldova, Gürcüstan, Ermənistan) 150 şəhərində fəaliyyət göstərir. Xidmətə 280 min sürücü cəlb olunub. 2016-cı ilin dekabrında isə cəmi 49 şəhərdə fəaliyyət göstərirdi.    

 

Cari ilin 3-cü rübü ərzində səfərlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 360% artıb. “Bu artım xidmətin coğrafi ekspansiyası ilə bağlıdır”, - deyə şirkətdən bildirilib. Eyni dövrdə gəlirlər də 96% artıb və 1,15 milyard rubla çatıb. Bununla da “Yakdeks.Taksi”nin gəlirləri şirkətin elektron kommersiya gəlirlərini ilk dəfə olaraq üstələyib.  


Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin may ayının sonuna olan məlumata görə, “Uber” taksi xidməti dünya üzə 5 milyard səfər həyata keçirib. Xidmət 2010-cu ildə istifadəyə verilib və 24 ölkədə fəaliyyət göstərir.


Bu ilin iyulunda “Uber” və “Yandeks” Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus və Qazaxıstandakı bizneslərini birləşdirərək birgə müəssisə yaradıblar. Amerikalılar birgə müəssisəyə 225 milyon dollar, rusiyalılar 100 milyon dollar sərmayə yatıracaq. Daha əvvəl, may ayında isə “RuTaxi” və Fasten” xidmətləri birləşiblər. Birləşmiş şirkət gündə 1,5 milyon sifarişlə Rusiyanın bu sahədə ən iri xidməti olub.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017