Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Windows 10 Fall Creators Update” yeniləndi

"Microsoft" korporasiyası “Windows 10 Fall Creators Update”in yenilənmiş versiyasını təqdim edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu, “Windows 10”un sayca ikinci yenilənməsidir ki, burada ilk öncə yaradıcı insanlara ünvanlanmış, həmçinin adi istifadəçilər üçün də nəzərdə tutulmuş bir çox maraqlı həllər mövcuddur.

 

Yeni dizayn

 

Microsoft Fluent Design System” faktiki olaraq “Windows”un yeni simasını yaradır. Bu, irimiqyaslı yenilənmədir və yeni dizayn konsepsiyasına uyğun əməliyyat sisteminin bütün elementlərini kökündən dəyişdirmək üçün bir qədər vaxt tələb olunacaq. Dizaynın əsasını sistemin digər komponentləri, o cümlədən işıq, təsvirin dərinliyi, animasiya, materialların reallığı və miqyaslama ilə qarşılıqlı əlaqə yaradan “akril” təşkil edir.

 

“Story Remix”

 

İndi “Foto” əlavəsi avtomatik olaraq sizin video və fotolarınızı kinematoqrafiya keçidləri, musiqi və mövzularla xatirə videoçarxlarına (“Memories”) birləşdirə bilir. Video və fotoya 3D obyektlərini də əlavə etmək mümkündür ki, bu da “Facebook” üçün maraqlı dərclər hazırlamağa yardım edəcək.

 

“My people”

 

Yeni “My people” interfeysi vaxta qənaət edir və istifadəçiyə birbaşa olaraq “Windows 10”un panelindən kontaktlara daxil olmağa imkan verir

 

“OneDrive Files on Demand” (“OneDrive”ın “İlkin fayllar”ı indi sorğu ilə)

 

Bu funksiya qurğuda yerə qənaət etməyə və fayllara lazım olduqda baxmağa imkan yaradır. Bütün faylları “OneDrive”a yükləmək əvəzinə sözügedən funksiya onları istifadəçiyə lazım olduqda yükləyəcək.

 

“Pick Up Where You Left Off” (dayandığınız yerdən başlayın)

 

Sözügedən funksiya əlavədə və ya kompüterdə veb-saytda sənəd üzərində işə başlamağa, sonra isə, misal üçün, telefonda davam etdirməyə imkan verir.

 

Quraşdırılmış emoji seçimi və yeni klaviatura

 

“Windows 10”da yeni emojiləri seçmək üçün quraşdırılmış alət yaradılacaq ki, onu açmaq üçün “WIN+.” və ya “WIN+” düymələrinə basmaq lazımdır. Bununla yanaşı, “Microsoft” korporasiyası “Fall Creators Update”ə emojilərin proqnozlaşdırılması funksiyasını, bir əl ilə yazmaq rejimini, əlyazmaları daxil etmək üçün yeni təkmilləşdirilmiş paneli və digər yenilikləri əlavə edib. Yenilənmədə, həmçinin, mətnin ayrılmaz daxiletməsini dəstəkləyən yeni sensor klaviatura da yaradılacaq.

 

“Windows 10 Fall Creators Update” - yeni funksional nöqteyi-nəzərdən kifayət qədər iri bir yenilənmədir. “Microsoft” əməliyyat sisteminə bir çox kiçik təkmilləşmələr əlavə edib ki, aşağıda onlardan ən əhəmiyyətliləri qeyd olunub:

 

  • “Microsoft Edge” brauzeri indi veb-saytları panelə bərkitməyə imkan yaradır, tam ekranlı rejimi və PDF-fayllarda rəsmçəkmə funksiyasını (“inking”) dəstəkləyir. “Smart Ink” rəsmçəkmə zamanı süni intellekt texnologiyalarından istifadə edir: çəkdiyiniz həndəsi fiqurları tarazlaşdırır və ya sizin heç bir əlavə səyiniz olmadan özəkləri cədvələ birləşdirir.
  • “Find My Device” (Qurğunu tapmaq) funksiyası indi rəqəmsal qələmi/stilusu aşkar etməyə imkan verir, bununla yanaşı, stilus və ya qələm vasitəsilə skrollinq həyata keçirmək mümkündür.
  • “Power Throttling” (enerjiyə qənaət etmək üçün gücün paylaşdırılması funksiyası).
  • Siz prosessorun səmərəliyinin göstəricilərini (“GPU’s performance“) “Task Manager”də görə biləcəksiniz.
  • İndi UWP əlavələri səs mikşeri ilə uyğundur (“volume mixer”).
  • “Windows Defender Application Guard” yeni müdafiə texnologiyası.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017