Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Senator: “Tramp “tvit” atmaq yerinə, iş görməlidir”

ABŞ Senatında demokratların lideri olan Çak Şumer prezident Donald Trampı “Twitter”də yazmaqdan vaz keçərək işə başlamağa çağırıb.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Ç. Şumer bildirib ki, prezident “tvit” atmağı dayandıraraq normal yaşamağa başlamalıdır: “Biz bu prezidentdə liderlik görmürük. Onun gördüyü yeganə iş “tvit”ləməkdir, bu isə problemləri dərinləşdirir. Amerikalılar bunu istəmir”.   

 

Ç. Şumer deyib ki, prezidentdən gözləntisi saysız-hesabsız düşmənlər tapmaq əvəzinə, qollarını çırmalayaraq amerikalıların problemlərini həll etməsidir.

 

Xatırladaq ki, D. Tramp sosial şəbəkələrdən istifadə etməkdən vaz keçməyəcəyini bəyan edib. Prezident qeyd edib ki, “Twitter”dn getməsini istəyənlər onun düşmənləridir. 

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017