Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter” siyasi reklam qaydalarını sərtləşdirdi

“Twitter” sosial şəbəkəsi siyasi reklamın yerləşdirilməsi qaydalarında dəyişiklik etdiyini açıqlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, şirkətin açıqlamasında bildirilir ki, xüsusi online-mərkəz yaradılacaq və orada kimin hansı məqsədlə reklam və elanlar yerləşdirmək istədiyi müəyyənləşdiriləcək. Bununla da, siyasi reklam yerləşdirilməsi qaydaları sərtləşdiriləcək. “Reklamverənlər öz elanlarının nəyi təmsil etdiyini identifikasiya etməli olacaq”, - deyə şirkətdən qeyd ediblər.  

 

Xatırladaq ki, “Twitter” ABŞ-da 2016-cı il prezident seçkilərindən əvvəl Rusiya tərəfindən istifadə olunan 201 səhifə barədə məlumatları Senata təqdim edib.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017