Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Adapter” və “zaryadka”nın Azərbaycan dilində qarşılığı müəyyənləşdi

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.

 

İKT.lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb:

 

“Zaryadka” – “Yükləmə”,

 

“Adapter” – “Yükləyici”,

 

“Embarqo” – “Qadağa”,

 

“Evakuasiya” – “Köçürülmə”,

 

“Proqnoz” – “Öncəgörmə”,

 

“Konsensus” – “Yekdillik”,

 

“Kserokopiya” – “Üzçıxarma”,

 

“Like” – “Bəyənmə”,

 

“Mesaj” – “İsmarıc” kimi təsdiqlənib.

 

Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin zəruriliyini vurğulayan S. Sadıqova qeyd edib ki, komputer “mouse”nun qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklif olunur.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017