Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Twitter” istifadəçilərinin sayı yenidən artmağa başladı

Dünyanın ən populyar sosial şəbəkələrindən biri olan “Twitter” uzun müddətdir istifadəçi sayının azalması problemindən sonra artıma nail olub.

 

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, sosial şəbəkənin istifadəçi sayı 4 milyon nəfər artıb. Bu barədə şirkətin sonuncu hesabatında deyilir.

 

Hazırda aylıq olaraq “Twitter”dən 330 milyon nəfər istifadəçi istifadə edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 milyon nəfər çoxdur. Hesabatdan məlum olub ki, şirkətin gəlirləri 590 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz azdır. Ancaq “Twitter”in əməkdaşları iddia edirlər ki, bu rəqəm müsbət dinamikanın göstəricisidir. Çünki bu dövr ərzində itkilərin həcmi ötən ilin eyni dövründəki 103 milyon dollarla müqayisədə 21 milyon dollar olub.

 

Komandaya Cek Dorsinin qayıdışından sonra sosial şəbəkə istifadəçilərinin rahatlığı üçün dəyişikliklərə başlayıb. “Twitter”in kiçik uğurları arasında onlayn yayımın mümkünlüyünü və hazırda test rejimində sınaqdan keçirilməkdə olan 140 işarənin 280 işarəyə qədər artırılmasını qeyd etmək mümkündür. 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017