Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Amazon”dan rekord rüblük gəlir

2017-ci ilin 3-cü rübündə ABŞ-ın “Amazon.com Inc.” internet riteylerinin gəlirləri 34% artıb.

 

İKT.lent.az-ın xəbərinə görə, xalis mənfəət miqdarında ciddi dəyişiklik olmasa da, şirkətin rekord maliyyə göstəriciləri bazarın gözləntilərindən yüksək olub.

 

Belə ki, şirkət iyul-sentyabr aylarında 256 milyon dollar (hər səhm 0,52 $) xalis mənfəət əldə edib. Ötən ilin eyni dövründə bu miqdar 252 milyon dollar olub. İkinci rübdə mənfəət 77% aşağı düşsə də, 3-cü rübün rəqəmləri sərmayədarları sevindirib. Belə ki, 3-cü rübdə netto gəlir 32,7 milyard dollardan 43,7 milyarda yüksəlib. Bu artım tempi son 5 ilin ən yüksək səviyyəsidir. “Whole Foods Market” ərzaq mağazaları şəbəkəsinin satın alınmasının payı burada 1,3 milyard dollar təşkil edib.

 

Səhmlərin dəyəri 8% yüksəldiyi üçün “Amazon”un yaradıcısı və rəhbəri Ceff Bezosun sərvətində 6,6 milyard dollar artım qeydə alınıb. Şirkətin bazar dəyəri 470 milyard dollara yaxınlaşıb.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017