Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Sentyabrın ən çox satılan oyun avadanlığı “SNES Mini” oldu

“Nintendo” şirkətinin istehsalı olan “SNES Mini” ABŞ bazarında sentyabr ayının ən çox satılan oyun avadanlığı olub.

 

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, bu barədə “NPD Group” analitik agentliyinin mütəxəssisləri bildirir.

 

Mütəxəssislər müqayisəli təhlil apararaq müəyyən ediblər ki, sentyabr ayında “SNES Mini”nin satışları ötən ilin nəticələrini 39 faiz üstələyib. Sentyabr ayında istifadəçilər bu avadanlığa təxminən 1,21 milyard dollar vəsait xərcləyiblər.

 

“SNES Mini”dən başqa, “Nintendo Switch” və “PlayStation 4” oyun avadanlıqları da xüsusi populyarlığa malik olub.

 

Oyunlara gəldikdə isə, təkcə sentyabr ayında deyil, həmçinin ümumilikdə 2017-ci ildə ən çox satılan oyun “Destiny 2” oyunu olub.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017