Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Zaxarovanın "Twitter" şübhəsi - "Kəşfiyyat sizdən daha nələr alır?.."

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Twitter” tərəfindən “Russia Today” və “Sputnik”in səhifələrində reklamların blok olunmasına münasibət bildirib.

 

İKT.lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, M. Zaxarova deyib ki, “Twitter”in ABŞ xüsusi xidmət orqanlarının “yoxlanılmamış” məlumatları əsasında belə addım atması narahatedici siqnaldır.

 

“ABŞ xüsusi xidmət orqanlarının heç nə ilə əsaslandırılmayan, fakt və dəlil bazası olmayan hansısa hesabatları ilə özəl şirkətin bu qərarı arasında əlaqəni qeyd etmək çox vacibdir. Söhbət kommunikasiya texnologiyaları ilə məşğul olan, informasiyaların yayılmasına şərait yaradan iri özəl şirkətdən gedir. Və ABŞ xüsusi xidmətləri, güc strukturları ilə kommunikasiya-informasiya mühitini təmin edən özəl şirkətlər arasındakı bu cür əlaqə çox narahatedici siqnaldır. ABŞ xüsusi xidmət orqanları həm özəl korporasiyalara, həm də KİV-ə təzyiq edirlər. Görəsən, onlar istifadəçilərin böyük sayda şəxsi məlumatlarını saxlayan şirkətlərdən bu yolla daha nələr əldə edir?!” - deyə XİN sözçüsü vurğulayıb.   

 

Xatırladaq ki, oktyabrın 26-da “Twitter” sosial şəbəkəsi Rusiyanın dövlət media orqanları RT və “Sputnik”in kanallarında reklamları blok etməyə qərar verdiyini açıqlayıb. Şirkətdən bildirilib ki, qərar Rusiyanın 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə əlaqədar verilib.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017