Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook”, “Twitter” və “Google” Senata çağırıldı - RUSSİAGATE

Oktyabrın 31-də “Facebook”, “Google” və “Twitter” şirkətlərinin təmsilçiləri ABŞ Senatının Hüquq komitəsində keçiriləcək dinləmələrdə iştirak edəcək.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə komitənin satında məlumat verilib. İKT şirkətlərinin nümayəndələri “Rusiya işi” ilə bağlı dinləmələrdə çıxış edəcəklər.   

 

Tədbirə “Facebook”un baş hüquq məsləhətçisi Kolin Stretç, “Google”un hüquq-mühafizə məsələləri və informasiya təhlükəsizliyi üzrə direktoru Riçard Salqado, “Twitter”in baş hüquq məsləhətçisi vəzifəsini icra edən Şon Edjett qatılacaq.

 

Xatırladaq ki, qeyd olunan şirkətlər Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair materialları Konqresə təqdim ediblər.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017