Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Apple” əməkdaşı qovuldu - QIZINA GÖRƏ... -

“Apple” korporasiyası öz əməkdaşlarından birini işdən çıxarıb.

 

İKT.lent.az-ın xəbərinə görə, səbəb həmin əməkdaşın qızının öz “YouTube” kanalında yeni “iPhone X” smartfonu barədə video yerləşdirməsidir. Bruk Ameliya Peterson adlı xanım rəsmi təqdimatdan əvvəl yeni cihazların nümayiş etdirilməsi barədə şirkətin qadağasını pozub.

 

Hadisə barədə danışan B. A. Peterson deyib ki, bir ay əvvəl Kaliforniyada valideynlərinə baş çəkib və “Apple”ın kampusunda sadəcə xatirə və həzz üçün yeni smartfon modelinin videosunu çəkib. Lakin rolik populyarlıq qazanıb. Peterson qadağadan xəbərsiz olduğunu, “Apple”a hörmət etdiyini və onların xahişi ilə videoya olan haqlarından imtina etdiyini söyləyib. O, çəkdiyi videonu məsum xəta adlandıraraq atasının cəzalandırılmamasını istəyib.

 

Xanım Petersonun atası şirkətdə “Apple Pay” texnologiyası üzərində çalışırmış. 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018