Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Windows 10" üçün ən yaxşı antivirus proqramları - TOP-5

"Windows 10" əməliyyat sistemi üçün ən yaxşı antivirus proqramlarının adı açıqlanıb.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, ilk yeri "Kaspersky Total Security 2017" tutub. Bu proqram aydın qrafik interfeysi ilə seçilir.

 

Lideri "McAfee Total Protection 2017" izləyir. Onun effektiv antivirus skaneri və poçt müdafiəsi var.

 

Üçüncü yeri tutan "ESET Internet Security 10" spam və ziyanverici keçidləri bloklaya, fişinq saytları tanıya və eketron poçtun məzmununu yoxlaya bilir.

 

Ekspertlər dördüncü yerə "Norton Security"ni layiq görüblər. O, hətta veb yükləmələri analiz edir və skan etdikdən sonra onların təhlükəsizliyi barədə hesabat verir.

 

TOP-5-i "Windows 10 Bitdefender Total Security 2017" tamamlayır. Proqram istifadəçinin iştirakı olmadan təhlükəsizliklə bağlı optimal qərarlar qəbul etmə xüsusiyyətinə malikdir.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017