Bu bölmə Bakcell tərəfindən təqdim olunur

London aeroportunun sirləri yazılmış fleş-kart tapıldı - KÜÇƏDƏN

 

Londonda işsiz kişi küçədə içərisinə gizli informasiyaların yazıldığı fleş-kart tapıb.

 

İKT.lent.az-ın “Azadlıq” radiosuna istinadən verdiyi xəbərə görə, fleş-kartın içində Londonun “Hitrou” hava limanının təhlükəsizliyi ilə bağlı 2,5 giqabayt məxfi informasiya olub.

 

Hava limanının mətbuat katibi faktı təsdiqləyib. USB-yığıcıda kraliça II Yelizaveta aeroportda olarkən həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı da məlumatlar var imiş. Eləcə də, təhlükəsizlik kameralarının, təxliyə üçün tunellər şəbəkəsinin və marşrutların harada yerləşməsi də əksini tapıb.

 

Fleş-kartı tapan şəxs bildirib ki, iş axtarmaq məqsədilə internetə daxil olmaq üçün kitabxanaya gedirmiş və bu əşyanı şəhərin qərb hissəsindəki Kvins-Parkda aşkarlayıb.  

 

Hava limanından isə deyiblər ki, təhlükəsizlik planlarına yenidən baxılacaq. Təhlükəsizlik xidməti faktla bağlı araşdırma aparır.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017