Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Kaspersky Laboratoriyası”nın ABŞ-da satışları 10 faiz azaldı

“Kaspersky Laboratoriyası”nın rəhbəri ABŞ ərazisində satışlarının 10 faiz azaldığını bildirib.

 

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, Yergeni Kasperski bildirib ki, son aylar onun şirkətinə qarşı  informasiya müharibəsi aparırlar.

 

O, növbəti dəfə qeyd edib ki, layihəsinin Rusiya və ya digər ölkələrlə hər hansı birgə kibercinayətlərə heç bir aidiyyəti yoxdur. Şirkət, sadəcə, kiberhücumlardan müdafiə sisteminin yaxşılaşdırılması ilə bağlı yalnız məlumat və təklifləri ilə mübadilə aparıb.

 

Qeyd edək ki, Rusiya xüsusi xidmət orqanlarının 2015-ci ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi informasiyalarını ələ keçirdiyi məlum olub. Bu barədə ABŞ-ı İsrail kəşfiyyatı məlumatlandırıb. Belə ki, İsrail xüsusi xidmət orqanları “Kasperski Laboratoriyası”nın daxili şəbəkəsini “sındırıblar” və öyrəniblər ki, bu antivirusun vasitəsilə Rusiya ABŞ Milli Təhlükəsizlik Agentliyinin məlumatlarına çıxış əldə edib. İsrail bu barədə ABŞ-a xəbər verib və nəticədə ABŞ hökuməti dövlət orqanlarının “Kasperski Laboratoriyası”nın proqramlarından istifadə etməsinə qadağa qoyub. “The Washington Post”un xəbərinə əsasən, 2015-ci ildə İsrail hökumətinə işləyən hakerlər Rusiya şirkətinin kompüterlərində yalnız NSA ilə əlaqəli ola biləcək proqram təminatı aşkarlayıblar. Həmin proqram təminatı rusların əlinə keçib. Belə ki, Rusiya xüsusi xidmət orqanları “Kasperski” antivirusundan istifadə edərək NSA əməkdaşının ev kompüterindən məxfi sənədləri oğurlayıblar. Sənədlərdə NSA-nin digər ölkələrin şəbəkələrinə necə daxil olduğu barədə məlumatlar əksini tapıb. “The New York Times” yazır ki, əksər antiviruslar kimi, “Kasperski” də kompüterdəki bütün fayllara çıxış tələb edir. Nəticədə Rusiya kəşfiyyatı bu fayllara daxil olur. 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017