Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Sharp” böhrandan sürətlə çıxır

“Sharp” şirkətinin biznesinin böyük hissəsinin “Foxconn” şirkətinə satılması Yaponiya istehsalçısı üçün o qədər də uğursuz olmayıb.

 

İKT.lent.az-ın ixbt.com saytına istinadən verdiyi məlumata görə, “Sharp” son maliyyə hesabatına əsasən, yenidən gəlir əldə edib.

 

Daha dəqiq desək, sentyabrın 30-da başa çatan altı aylıq müddət şirkətə 304 milyon dollar həcmində gəlir gətirib. Bir il əvvəl bu göstəricinin 396 milyon dollar həcmində olduğu qeydə alınıb.

 

Şirkətin satışları 8 milyard dollardan 9,78 milyard dollara qədər artıb. Əməliyyat gəlirləri isə 513 dəfə artaraq 355,8 milyon dollara çatıb.

 

Uğurlu yarımilin fonunda “Shapr” bütün bu il üçün proqnozlarını  da yaxşılaşdırıb. Artıq şirkət 607,6 milyon dollar xalis gəlir əldə etməyi nəzərdə tutur. Müqayisə üçün bildirək ki, bundan öncəki proqnoz 517 milyon dollar təşkil edirdi. Son maliyyə ili isə “Sharp” üçün 217 milyon dollar itkilərlə yekunlaşmışdı.

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017