Bu bölmə Bakcell tərəfindən təqdim olunur

APA TV-nin “Youtube” abunəçilərinin sayı 100 min nəfəri keçdi -

APA TV-nin “Youtube” kanalına abunə olanların sayı 100 min nəfəri ötüb. Bu günə olan məlumata görə, hazırda APA TV-nin “Youtube” kanalının 100500 abunəçisi var.

 

Fəaliyyətə başladığı müddətdən bəri APA TV-nin “Youtube” kanalında yerləşdirilən xəbər və verilişlər 121 milyon dəfə izlənilib, ümumi baxış müddəti isə 173 milyon dəqiqəni keçib. Tamaşaçılar videomaterialların altında 172 min şərh yazıblar, xəbər və verilişləri 166 min dəfə paylaşıblar. APA TV-nin “Youtube” kanalında yerləşdirilən materiallar tamaşaçılar tərəfindən 520 min dəfə bəyənilib.

 

Kanalın izləyiciləri arasında Azərbaycan tamaşaçıları üstünlük təşkil edir - 72 faiz. APA TV-ni “Youtube” vasitəsilə izləyənlərin 22 faizi Rusiya, 2 faizi Türkiyə, 1 faizi Ukrayna, 1 faizi Almaniyadan olan tamaşaçılardır. 

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017