Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Kiyev “Dinamo”su öz saytından rus dilini yığışdırdı!

Ukraynanın “Dinamo” (Kiyev) futbol klubu öz rəsmi saytının rusdilli bölməsini ləğv edib.

 

İKT.lent.az-ın xəbərinə görə, hazırda saytın yalnız Ukrayna və ingilis dillərində versiyaları mövcuddur. Saytın sağ yuxarı küncündə daha əvvəl mövcud olmuş və Rusiya bayrağı ilə işarələnmiş rusdilli bölməyə keçid götürülüb.   

 

Ukraynanın daha bir tanınmış futbol klubu – “Şaxtyor”un saytında isə hələ ki rusdilli bölmə qalır.

 

Qeyd edək ki, bir vaxtlar “Dinamo” (Kiyev) komandası təkcə ukraynalıların deyil, rusların da qüruru idi. Saytın rusdilli versiyasının ləğvi Krımın Rusiya tərəfindən ilhaqı və Donbasda separatizmin alovlandırılması nəticəsində iki qardaş xalq arasında baş vermiş qırılmanın səviyyəsini göstərir.

LENT

19 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018