Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“HP Inc” “Samsung”un printer bölməsini aldı

ABŞ-ın “HP Inc” şirkəti “Samsung Electronics”in printer istehsalı üzrə bölməsini satın alıb.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə HP-dən açıqlama verilib.

 

Razılığa əsasən amerikalılar cənubi koreyalılara 1,05 milyard dollar ödəyəcək. Sövdələşmənin şərtlərinə görə, “Samsung” açıq bazarlarda əməliyyatlar vasitəsilə HP-nin səhm kapitalına 100 milyondan 300 milyon dollara qədər sərmayə yatıracaq.  

 

Qeyd edək ki, “HP Inc.” məşhur “Hewlett-Packard” korporasiyasının 2015-ci ildə iki yerə bölünməsindən sonra yaranıb. Digər şirkət isə “Hewlett-Packard Enterprice” adlanır. Bölünmüş şirkətin kompüter və printer istehsalı üzrə hüquqi varisi məhz “HP Inc”dir.

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018