Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Tesla” zərərlə işləyir

Elektromobil istehsalçısı olan məşhur “Tesla” şirkəti bu ilin 3-cü rübü üçün rekord zərər açıqlayıb.

 

İKT.lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi məlumata görə, şirkət bu müddətdə 619 milyon dollar (hər səhmə 2,92 $) itirib. Maliyyə hesabatından sonra səhmlərin dəyəri 3,15% azalaraq 321 dollara düşüb.

 

“Tesla”nın sahibi İlon Mask ilin sonuna qədər 5 min ədəd “Model 3” buraxmaq planını həyata keçirə bilməyəcəklərini açıqlayıb. O, müddəti daha 3 ay uzadıb. İş adamı gecikmə ilə əlaqədar elektromobil üçün batareyalar istehsal edən firmanı günahlandırıb. Bu gecikmə üzündən şirkət batareya üçün proqram təminatını yenidən işləyib hazırlamağa məcbur olub. İ. Mask indiyədək 250 mindən çox elektrokar buraxdıqlarını açıqlayıb.   

 

Qeyd edək ki, bu ilin iyul ayında İ. Mask ilk “Model 3” avtomobilini nümayiş etdirib. Avtomobilin qiyməti 35 min dollardır.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017