Bu bölmə Bakcell tərəfindən təqdim olunur

HTC-dən yeni smartfon -

HTC şirkəti üz tərəfi tam ekrandan ibarət yaxşılaşdırılmış “U11 Plus” flaqman smartfonunu təqdim edib.

 

İKT.lent.az-ın “The Verge” portalına istinadən verdiyi xəbərə görə, cihaz “Snapdragon 835” top-prosessoru ilə təchiz edilib.

 

Smartfon 6 düym Quad HD displeyə (2880x 1440 Super LCD 6) malikdir. Məhz ekranın ölçüsü və həlli yeni cihazı “kiçik qardaş” U11-dən fərqləndirir.

 

Operativ yaddaş 4-6 Gb, daxili yaddaş isə 64-128 Gb-dir. Əsas kamera 12 meqapiksel, arxa kamera 8 meqapikseldir. Arxada barmaq izi skaneri də var.

 

Digər xüsusiyyətlərdən o məlumdur ki, cihaz “Android 7.1.1 Nougat” əməliyyat sistemi ilə çalışır və 3,930 mAs tutumu olan batareyaya malikdir.

 

Smartfonun qiyməti Avropada 699 avro olacaq. 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017