Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Moskvada “iPhone X” növbəsi - 3 GÜN ƏVVƏLDƏN

Soyuq havaya baxmayaraq, Rusiya paytaxtının sakinləri “iPhone X” smartfonunu əldə edə bilmək üçün 3 gün əvvəldən növbəyə yazılmağa başlayıblar.

 

İKT.lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu satışları həyata keçirəcək “re:Store” reteylerinin nümayəndəsi Lüdmila Semuşina deyib.

 

“Çərşənbə axşamı növbədə 267 nəfər var idi. Onlar özləri təşkilatlanmışdılar. İlk dəfədir ki, kütlə bu qədər erkən toplanır və ilk dəfədir bu qədər adam yığışır”, - deyə o, söyləyib. L. Semuşina bildirib ki, adətən növbələr satışların başlamasından qısa müddət əvvəl yaranmağa başlayır.   

 

Növbəyə yazılanlar arasında sonradan öz yerlərini pulla satanlar da var. Növbələr 50-60 min rubla satılır. Satış noyabrın 3-də başlayacaq.

 

Xatırladaq ki, “Apple” sentyabrın 12-də yeni nəsil “iPhone X” smartfonunu təqdim edib.

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017